Çox güman ki, iki antoqonist qüvvə—ABŞ və Rusiya istisna olmaqla, Azərbaycandan daha çox heç bir ölkə son günlərdə Gürcüstanda baş verən hadisələr nəticəsində xarici siyasəti dairəsində bu qədər dəyişiklik müşahidə etməmişdir. Münaqişə özü və münaqişəyə ayrı-ayrı ölkələrin və beynəlxalq ictimaiyyətin münasibəti demək olar ki, Azərbaycanın son on il ərzində xarici siyasətində əsaslandığı bütün fərziyyələr üzərinə şübhə saldı. Və nəticə etibarilə, həm Azərbaycan hökuməti, həm də Azərbaycan xalqı ətrafdakı dünyanın yalnız zehni xəritəsini deyil, həm də ölkənin xarici siyasət gündəliyini yenidən müəyyənləşdirmək kimi çətin və travmatik bir tapşırıqla üz-üzə qaldı. Bu dəyişikliklər çox sürətlə baş verdiyi üçün, onların bir-birilə əlaqəli olduğu üçün və bu fərziyyələrin hər hansı birinə açıq-aydın və ya üzərində asanlıqla fikir birliyinə gəlinəcək cavab olmadığı üçün indi Bakının nə edəcəyini və ya onun ətrafının və daha geniş beynəlxalq ictimaiyyətin hansı mövqe tutacağını söyləmək çox tezdir. Lakin, yeni mühitin Azərbaycana hansı təhlükələr və seçimlər yaratdığını anlamaq üçün Azərbaycan xarici siyasətinin əsaslandığı 10 fərziyyəni qeyd etmək və Gürcüstandakı hadisələrin bu fərziyyələri necə yerlə-yeksan etdiyinə nəzər salmaqda fayda var. 

Davamı...

= Diplomatiya = | Şərhlər(0)
Baxış sayı: 83
Açar sözlər:

Qeyri-adi qanunlar

Yad məmləkətə öz qanunlarınızla getməyin! 

Avsrtaliyada uşaqlara siqaret satılmır, amma çəkməyə icazə verilir. 

Səudiyyə Ərəbistanda kişi həkimlər qadınları, qadın həkimlər kişiləri müayinə edə bilməz. 

Yaponiyada nigah yaşı qanunla müəyyən edilə bilməz. 

Texasda: 

Davamı...

Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 81
Açar sözlər:

Hammurapi qanunları

1.Əgər adam adamın gözünü tökmüşdürsə, onun gözü tökülməlidir. Əgər adam özünə bərabər adamın dişini vurub çıxarıbsa, onun dişi vurulub çıxarılmalıdır. 

2.Əgər oğul atanı vursa, onun barmaqları kəsilməlidir. 

3.Adam and altında başqasının üstünə adam öldürən ittihamını yıxıb onu ifşa etməyə başlasa və bunu sübut edə bilməsə, o zaman ifşa edən öldürülməlidir.

 4.Əgər savaşmada biri digərinə xətər yetirsə, bu adam and içməlidir ki, mən onu qəsdən vurmamışam və həkimin xərcini ödəməlidir. 

Davamı...

= Qədim qanunlar = | Şərhlər(0)
Baxış sayı: 142
Açar sözlər:

Bu Qanun Azәrbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bәyannamәsinә, Uşaq Hüquqlarına dair Konvensiyaya vә digәr beynәlxalq hüquq normalarına uyğun olaraq Azәrbaycan Respublikasında uşaqların hüquqlarını vә azadlıqlarını, uşaqlar barәsindә dövlәt siyasәtinin әsas prinsiplәrini, onların müdafiәsi sahәsindә dövlәt orqanlarının, digәr hüquqi vә fiziki şәxslәrin vәzifәlәrini müәyyәn edir. 

 I fәsil.  Ümumi müddәalar  

Maddә 1. Qanunun tәsir dairәsi 

 Uşaqların bu Qanunda nәzәrdә tutulmuş hüquqları vә vәzifәlәri 18 yaşına (yetkinlik yaşına) çatmayan vә tam fәaliyyәt qabiliyyәti әldә etmәyәn hәr bir şәxsә aid edilir.

Maddә 2. Uşaq hüquqları barәsindә qanunvericilik  

Uşaq hüquqları barәsindә qanunvericilik bu Qanundan vә Azәrbaycan Respublikasının digәr normativ hüquqi aktlarından ibarәtdir. Digәr normativ hüquqi aktların normaları uşaqların bu Qanunla müәyyәn edilmiş hüquq vә azadlıqlarını mәhdudlaşdıra bilmәz.

Davamı...

= Qanunvericilik bazası = | Şərhlər(0)
Baxış sayı: 158
Açar sözlər:

Maddə 1. Qanunun məqsədi

Bu Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir.    

Maddə 2. Əsas anlayışlar

2.0. Bu Qanunda aşağıdakı anlayışlar istifadə edilir:

2.0.1. Gender - ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadın münasibətlərinin sosial cəhəti;

 

Davamı...

= Qanunvericilik bazası = | Şərhlər(0)
Baxış sayı: 112
Açar sözlər:

  Baş Məclisin 20 dekabr 1952-ci il tarixli 640 (VII) saylı Qətnaməsi ilə qəbul edilib  

 Sazişə gələn tərəflər kişilərin və qadınların Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində göstərilən hüquqbərabərliyi prinsipini həyata keçirmək istəyərək, hər bir insanın öz ölkəsinin idarə olunmasında biləvasitə və ya azad şəkildə seçilmiş nümayəndələri vasitəsilə iştirak etmək hüququ və öz ölkəsində dövlət qulluğuna girməkdə bərabər hüququ malik olduğunu etiraf edərək, həmçinin siyasi hüquqlara malik olmaq və onlardan istifadə etməkdə kişilərin və qadınların vəziyyətini Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və insan hüquqları haqqında ümumi bəyannamənin qərarlarına müvafiq olaraq eyniləsdirmək istəyərək, bu məqsədlə konvensiya bağlamağı qərara alaraq, bununla aşağıdakılar barədə razılığa gəldilər   

Maddə 1  

 Qadınlar bütün seçkilərdə heç bir ayrı-seçkilik qoyulmadan kişilərlə bərabər şərtlərlə səs vermək hüququna malikdirlər

Davamı...

= Qanunvericilik bazası = | Şərhlər(0)
Baxış sayı: 98
Açar sözlər:

Qedim Roma 12 cedvel qanunları

1.Eger ata oğlunu 3 defe satarsa, qoy oğul atanın hakimiyyeti altından azad olsun.

2.Eger kimise mehkemeye çağırırlarsa, qoy çağırılan gelsin. Eger gelmirse, qoy çağırılan şahidler yanında tesdiq etsin ki, çağırıb, sonra ise zor gücüne aparsın.

3.Qoy şahid ifadesi bes etmeyen teref gedib mehkemeye gelmeyen şahidin evinin darvazasının yanında dursun ve 3 gün erzinde onu ucadan seslesin.

Davamı...

= Qədim qanunlar = | Şərhlər(0)
Baxış sayı: 126
Açar sözlər:

Manu qanunları.

1. Kimliyinden asılı olmayaraq, şahid ağır menevi veziyyetde olmağına baxmayaraq,  meşede, tehlükede olsa bele, şahidlik etmeye mecburdur.

2.Çar mehkeme işlerine baxmaq isterse, bu arzusunu brehmenler ve tecrübeli müşavirler vasitesile heyata keçirmelidir.

3.Her kendi, her on kendi, her iyirmi kendi, her yüz kendi, hemçinin her min kendi idare eden ağsaqqallar teyin olunmalıdır.

Davamı...

= Qədim qanunlar = | Şərhlər(0)
Baxış sayı: 71
Açar sözlər:

Eşnunn qanunları

1.Azad  adam seçilmemiş adama ve qula borc vere bilmez.

2.Eger azad adam oğurlanmış qul qadın ve ya kişi ile tutularsa, hemin adam qul kişi evezine qul kişi, qul qadın evezine qul qadın ödemelidir.

3.Tacir ve ya meyxaneşi qadın qulun ve ya qul qadının elinden gümüş, yun, küncüt yağı ve.s.qebul ede bilmez.

= Qədim qanunlar = | Şərhlər(0)
Baxış sayı: 50
Açar sözlər:

İtaliyada yetkinlik yaşına çatmayanlar arasındakı cinayətkarlığın müasir tendensiyaları özünəməxsusluğu ilə seçilmir, şimal yarımkürəsindəki ölkələrin böyük əksəriyyətində yetkinlik yaşına çatmayanlar arasındakı cinayətkarlığa xas olan xüsusiyyətlərə malikdir. Müasir İtaliyada yetkinlik yaşına çatmayanlar arasındakı cinayətkarlığın keyfiyyət göstəriciləri sırasında zorakı cinayətlərin və narkotiklərlə bağlı cinayətlərin, eləcə də miqrantlar və qadınlar tərəfindən törədilən cinayətlərin sayının artmasını göstərə bilərik. Zorakı cinayətlərin 1980-ci illərin sonuna olan göstəriciləri polis tərəfindən qeydə alınan hazırkı göstəricilərdən üç dəfə aşağı idi.
Bir sıra digər cinayət növləri kimi, soyğunçuluq da, vətəndaşlar üçün “təhlükəlilik/təhlükəsizlik” meyarına görə İtaliya ərazisini “şimal” və “cənub”a ayıran faktorlardandır: cənubda 100000 nəfər yetkinlik yaşına çatmayana 50, şimal vilayətlərində 35 və mərkəzi vilayətlərdə 44 soyğunçuluq hadisəsi düşür.

Davamı...

= Məqalələr = | Şərhlər(0)
Baxış sayı: 41
Açar sözlər: